Müdirin 20 yaşlı qıza iradı az qala onu ÖLDÜRƏCƏKDİ – FOTObackend

Müdirin 20 yaşlı qıza iradı az qala onu ÖLDÜRƏCƏKDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdirinin 20 yaşlı çinli qıza iradı az qala onun ölümünə səbəb olacaqdı.

İnterpress.az xəbər verir ki, iş yerində müdirinin 20 yaşlı çinli qızadediyi söz az qala onu öldürəcəkdi. Qız yeməkdən, içməkdən, hərəkət etməkdən imtina edib və hətta tualetə getməyi dayandırıb.

Qız “katatonik stupora” düşüb. Hətta qohumları ona tualetə getməyi xatırlatmalı olublar.

“Həkimlər ona katatonik stupor diaqnozu qoyublar – bu, xəstəliyin ağır formasıdır. Bu zaman insan taxta kuklaya çevrilir və müstəqil hərəkət edə bilmir.

Fəlakətin səviyyəsi o dərəcəyə çatıb ki, yaxınları ona tualetə getmək vaxtı olduğunu xatırlatmalı olublar. Qız əvvəllər özünə qapalı və introvert olub, bu da onun emosiyalarını ifadə etməsini və dəstək axtarmasını çətinləşdiririb.

Rəhbərin növbəti iradından sonra həddindən artıq təvazökarlıq qıza zərbə vurub. Çinlilərin 80%-i iş yerində stress keçirir”, – deyə məlumatda bildirilir.

Xuraman Etibarlı

İnterpress.az