Tanınmış prodüser Sayqa Cahidin müalicə xərclərini ödəyə bilməməsi ilə bağlı yayılan xəbərlər təkzib olunub.
Yenisabah.az xəbər verir ki, bu barədə müğənni Səbinə Selcan məlumat verib.
Müğənni Elgiz Əkbərin prodüser barədə maddi sıxıntıları olduğunu deməsinə sərt təpki verib:
“Sayqanın dostları ölməyib ki, o kimdənsə pul istəsin. Bizlər onun yanındayıq. Doğrudur, vəziyyəti ağır idi, Türkiyədə 3 gün reanimasiyada qaldı, amma hazırda palatadadır və vəziyyəti düzəlir. Sizdən istədiyimiz pul deyil, dualarınızdır. Sizə ar olsun! Sayqa ölsə də, heç vaxt heç kimdən pul istəməz! Biz ölməmişik! Sayqa pulu çatmadığı üçün müalicəsini dayandıracaq qədər düşməyib. Ağıllı olun bir az. Dəqiq bilin ondan sonra məlumat verin”.
Qeyd edək ki, Elgiz Əkbər prodüserin yardıma ehtiyacı olduğunu demişdi: “Sayqanın maddi sıxıntıları var. Allaha xatir onu ölməyə qoymayaq. Xahiş edirem ne olar köməyimizi əsirgəməyək. Pulu ödəməsə, xəstəxanadan çıxaracaqlar. Allah yardımçısı olsun”.
Həmin görüntüləri təqdim edirik: