Mülki ermənilərin Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidinə şərait yaradılıbbackend

Mülki ermənilərin Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidinə şərait yaradılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.

Bu gün məntəqədən Gorus-Xankəndi istiqamətində BQXK-ya məxsus ümumilikdə 10 nəqliyyat vasitəsi keçid edib.

Həmin nəqliyyat vasitələrinin içərisində 38 nəfər şəxs olub. Onlardan 5-i BQXK-nın üzvü, 10-u sürücü, 15 nəfəri xəstə, 6 nəfəri müşayiətçi, 2 nəfəri isə tibb işçisidir.

Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.