Müxalifət Ermənistanda Rusiyanın ikinci hərbi bazasının yaradılmasını təklif edirbackend

Müxalifət Ermənistanda Rusiyanın ikinci hərbi bazasının yaradılmasını təklif edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Ermənistan müxalifəti hesab edir ki, Rusiya Federasiyası ilə yeni bir təhlükəsizlik müqaviləsi imzalanmalıdır.

Bildirilir ki, müqaviləyə ölkənin cənubunda Azərbaycanla həmsərhəd olan Sünik bölgəsində yerləşdiriləcək ikinci hərbi bazanın yaradılması ilə bağlı bənd daxil edilməlidir.

Bu barədə “Maariflənmiş Ermənistan” partiyasının lideri və eyni adlı parlament fraksiyasının rəhbəri Edmon Marukyan “Facebook” səhifəsində yazıb:

“Yeni müqavilədə Sünik bölgəsinin təhlükəsizliyi xüsusi yer tutmalıdır. Bu baxımdan Sünik bölgəsində yeni bir Rusiya hərbi bazasının yerləşdirilməsi ilə əlaqədar təcili danışıqlara başlamağı vacib hesab edirik. Hərbi baza bir tərəfdən Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin təsirli, dinamik fəaliyyətinə dayaq, digər tərəfdən bölgədə uzunmüddətli sülh və təhlükəsizliyin qarantı olacaq”.

Marukyan qeyd edib ki, Gümrüdəki 102-ci Rusiya hərbi bazasının təcrübəsi bu təhlükəsizlik mexanizminin effektivliyinin təminatıdır. Onilliklər boyu bu baza Ermənistan-Türkiyə sərhədinin toxunulmazlığını təmin edib:

“Ermənistanla Rusiya arasındakı yeni müqavilənin potensialını tarixi hadisə kimi qiymətləndiririk. Belə bir sənəd xalqlarımızın çoxəsrlik dostluğunu, ortaq dəyərlərin qorunmasını nümayiş etdirir”.

Hal-hazırda, Ermənistanın Gümrü şəhərində 1995-ci il dövlətlərarası razılaşmaya əsasən 102-ci Rusiya hərbi bazası yerləşdirilib ki, bu da Ermənistan-Türkiyə dövlət sərhədinin təhlükəsizliyini təmin edir. 2010-cu ildə sənədə dəyişikliklər edilib, ona görə hərbi bazanın qalma müddəti ilk 25 ildən 49 ilə, 2044-cü ilə qədər uzadılıb.

 

İnterpress.az