Myanmanın şimalındakı yəşit mədənində baş verən sürüşmə nəticəsində ilkin təsbitlərə görə 30-dan çox adam itkin düşüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Dünyanın ən böyük nefrit ehtiyatlarına malik olan Myanmanın Kaçin əyalətinin Hpakant bölgəsindəki mədən karxanasında yerli vaxtla saat 15:30 radələrində torpaq sürüşməsi baş verib.
Təhlükəsizliyə görə adının açıqlanmasını istəməyən axtarış-xilasetmə rəsmisi açıqlamasında bildirib ki, Hpakantdakı mədəndə işləyən 30-dan çox işçi torpaq sürüşməsi nəticəsində gölə sürüklənib.
İtkin düşən mədənçilərin axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edən rəsmi, 8 yaralının xəstəxanaya aparıldığını bildirib.
Bu arada sürüşmənin baş verdiyi mədənin qeyri-qanuni fəaliyyət göstərdiyi iddia edilib.
Mədənlərdə baş verən qəzalar nəticəsində hər il çox sayda insanın öldüyü Myanma qlobal jade istehsalının təxminən 90 faizini qarşılayır.
2020-ci ildə Hpakantdakı mədəndə baş verən qəzada əksəriyyəti immiqrant olan 160-dan çox işçi, 2021-ci ilin oktyabrında isə 6 nəfər torpaq sürüşməsi nəticəsində həlak olub.