Sovet dövrünün “Kreçet” ay skafandrı “eBay”də satışa çıxarılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “eBay” məlumat yayıb.
SSRİ-nin ay proqramı üçün hazırlanan nadir “Kreçet” ay skafandrı satışa çıxarılıb. Satıcı unikal kosmik geyimi 350 min dollar (təxminən 595 000 manat) qiymətinə dəyərləndirib.
Məlumata görə, 1960-cı illərin sonunda hazırlanan bu skafandrlar SSRİ-də ay proqramı dayandırıldığı üçün heç vaxt istifadə olunmayıb.
Dünyada cəmi 3–5 ədədi buraxılan “Kreçet” skafandrları müasir “Orlan” kosmik geyimlərinin əsası hesab olunur.
Xuraman Etibarlı
İnterpress.az






