Nadir oğlunun toyundan danışdı: “Yığdığımı indi xərcləməsəm, nə zaman xərcləyəcəm?backend

Nadir oğlunun toyundan danışdı: “Yığdığımı indi xərcləməsəm, nə zaman xərcləyəcəm?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Media çəkilişinə icazə verilməyəcək. Bu, mənim yox, oğlumun toyudur. Mənim üçün bu problem deyil. Amma övladım istəmir. Nə edə bilərəm?”.

bu sözləri axşam.az-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib. Sənətçi dekabrın 20-də oğlu Loğmana şəhər restoranlarından birində toy etməyə hazırlaşır. O bildirib ki, gecədə media çəkilişinə icazə verilməyəcək.

Nadir eyni zamanda oğluna özəl gündə edəcəyi hədiyyələrdən söz açıb:

“Toy bitəndən sonra övladım və xanımı öz evlərinə gedəcəklər. Mənimlə birlikdə yaşamayacaqlar. Rahat yaşasınlar, özləri istədiqkləri kimi müstəqil. Oğluma təhsil vermişəm, maşını, evi var. Bal ayına da göndərəcəm. Ona bundan artıq nə hədiyyə edim? Onsuz hədiyyə hər zaman olub və olacaq da”.

Nadir toy xərclərindən də danışıb. O bildirib ki, məşhurluğundan istifadə edib heç nəyi reklam qarşılığı etməyəcək:

“Məşhurluğumdan istifadə etməyəcəm. Heç vaxt nəyisə reklam qarşılığında etmirəm. İlk övladımdır, bunu etmərəm. Düzdür, hörmət edirlər, endirimlər olur. Amma hər şeyi ürəyimcə edəcəm. Valideyn illərlə çalışır ki, övladı sağlam böyütsün. İllərlə toplayırsan, çamadanı açırsan ki, toyda xərcləyirsən. Bu gün o gündür. Gücüm nəyə çatırsa, onu edəcəm. Yığdığımı toyda da xərcləməsəm, nə zaman xərcləyəcəm? Hər bir valideyn bu xoş gündən yaşasın”.

Qeyd edək ki, Loğman və Əntiqənin nişanı bir neçə həftə əvvəl baş tutub. Sevinc adlı xanımla ailəli olan Nadirin Əziz adlı daha bir övladı var.