Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər SAXLANILIBbackend

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər SAXLANILIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək saxlanılıblar.

DİN-dən verilən məlumata görə, Salyan rayonunun Qarabağlı kəndi ərazisində Şirvan şəhər sakini Qasım Cəbiyevin idarə etdiyi VAZ-2106, Sumqayıt şəhəri ərazisində Qazax rayon sakini Balakişi Hüseynovun idarə etdiyi “Mercedes-Benz” və Binəqədi rayonu ərazisində Zərdab rayon sakini Mahir Mehdiyevin idarə etdiyi “Khazar” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıblar.

Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.1-ci maddələri ilə onların barəsində protokollar tərtib olunub.

Salyan Rayon Məhkəməsinin qərarı ilə Q.Cəbiyev bir il, Abşeron rayon məhkəməsinin qərarları ilə M.Mehdiyev altı ay müddətinə sürücülük hüququndan məhrum ediliblər, B.Hüseynov isə 400 manat məbləğində cərimələnib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.