NASA Aya kosmik gəminin göndəriləcəyi tarixi açıqladıbackend

NASA Aya kosmik gəminin göndəriləcəyi tarixi açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artemida 1 (Artemis-1) missiyasının tərkib hissəsi olaraq, “Orion” kosmik gəmisi ilə birlikdə “Space Launch System” (SLS) super ağır daşıyıcı aparatının Aya buraxılması üzrə növbəti cəhd noyabrın 14-nə planlaşdırılıb.

Bu barədə çərşənbə günü Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) mətbuat xidməti məlumat yayıb.

Raketin Con Kennedi Kosmik Mərkəzindən buraxılışı yerli vaxtla saat 12:07-də (Bakı vaxtı ilə 21:07) həyata keçiriləcək.

Qeyd edək ki, raketin buraxılması üzrə sonuncu cəhd sentyabrın 27-nə nəzərdə tutulsa da, Floridaya yaxınlaşan “Yan” qasırğası səbəbindən mütəxəssislər buraxılışı ləğv ediblər. Bundan əvvəl isə NASA avqustun 29-u və sentyabrın 3-də “Orion”un buraxılışını təşkil edib. Hər iki dəfə raketə yanacaq doldurarkən hidrogen sızması aşkar edildikdən sonra uçuş ləğv edilib.

Əgər budəfəki buraxılış uğurlu olarsa, “Orion” kosmik gəmisi dekabrın 9-da Yerə qayıdacaq və Sakit Okeana düşəcək.

Mənbə: TASS