NATO Baş katibi: Ukraynadakı münaqişə 2025-ci ilin sonuna qədər bitə bilərbackend

NATO Baş katibi: Ukraynadakı münaqişə 2025-ci ilin sonuna qədər bitə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Baş katibi: Ukraynadakı münaqişəni 2025-ci ilin sonuna qədər bitirmək mümkündür

Mark Rutte sülhün tezliklə bərqərar olacağına ümid etdiyini bildirib.

İnterpress.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.

NATO-nun Baş katibi Mark Rutte nəşrə müsahibəsində bildirib ki, belə bir ssenari mümkündür. O, proqnoz verməyin çətin olduğunu qeyd etsə də, sülhün tezliklə gələcəyinə səmimi qəlbdən ümid etdiyini vurğulayıb.

“Cenevrə danışıqlarından sonra daha çox görüşün keçirilməsinə, eləcə də Avropa İttifaqı və NATO ilə bəzi məsələlərin ayrı-ayrılıqda, paralel müzakirəsinə ehtiyac var”, – deyə o qeyd edib.

Baş katib həmçinin vurğulayıb ki, müzakirə olunan sülh planı Rusiyanın Avropa üçün uzunmüddətli təhlükə olması ilə bağlı qiymətləndirməni dəyişmir.

Xuraman Etibarlı

İnterpress.az