Ağ Ev İranla müharibədə ABŞ-yə dəstək verməyən NATO ölkələrinin “qara siyahı”sını hazırlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
ABŞ administrasiyası İranla müharibədə dəstək verməkdən imtina edən NATO üzvü olan ölkələrə qarşı sanksiya və ya cəza tədbirləri hazırlayır.
Nəşrin mənbələrə istinadən yaydığı məlumata görə, Ağ Ev artıq müvafiq sənəd hazırlayıb.
Üç avropalı diplomat və bir Pentaqon nümayəndəsinin bildirdiyinə görə, sənəddə NATO üzvlərinin təşkilatın fəaliyyətinə verdiyi töhfələrin icmalı yer alıb və ölkələr “səviyyələr üzrə” sıralanıb.
Ağ Evin müxtəlif cəza variantları üzərində işlədiyi və sənədin detallarını gizli saxladığı qeyd olunur.
Xuraman Etibarlı
İnterpress.az






