NATO: Rusiyanın Ukraynada itkisi 300 mindən çoxdurbackend

NATO: Rusiyanın Ukraynada itkisi 300 mindən çoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya Ukraynadakı müharibədə yüzlərlə təyyarə, minlərlə tank, eləcə də 300 mindən çox əsgər itirib. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. NATO-nun baş katibi Yens Stoltenberq NATO Xarici İşlər Nazirləri Toplantısının sonunda təşkil edilən mətbuat konfransında iki gün ərzində Ukrayna, Çin və Qərbi Balkanlar kimi bir çox mövzunu müzakirə etdiklərini bildirib.

Ukraynadakı vəziyyəti yerində qiymətləndirdiklərini ifadə edən Stoltenberq Rusiyanın ələ keçirdiyi bölgələrin yüzdə 50-nin Ukrayna ordusu tərəfindən geri alındığını bildirib.

Ukraynanın suveren dövlət kimi mövcudluğunu davam etdirdiyini və bunun ən mühüm nailiyyət olduğunu vurğulayan Stoltenberq Rusiyanın döyüşlərdə böyük itkilər verdiyini və iqtisadi cəhətdən zəiflədiyini bildirib.

Stoltenberq Rusiyanın siyasi baxımdan təkcə Ukraynada deyil, yaxın ətrafı Qafqazda və Orta Asiyada da təsirini itirdiyini bildirib ki, Rusiya da Çindən daha çox asılı vəziyyətə düşür. Moskva gələcəyini Pekinə girov qoyur.

Rusiyanın iqtisadi təzyiq altında olduğunu, neft və qaz gəlirlərinin azaldığını, 1000-dən çox xarici şirkətin ölkədəki fəaliyyətini dayandırdığını və ya miqyasını azaltdığını, keçən il 1,3 milyon insanın Rusiyanı tərk etdiyini bildirən Stoltenberq əlavə edib ki, bütün bunlar Putinin günahıdır və onun Ukraynanı işğal etməklə strateji səhvə yol verdiyi vurğulanıb:

“Rusiya iqtisadiyyatı müharibə vəziyyətindədir. Putinin itkilərə qarşı dözümlülüyü yüksəkdir. Rusiyanın Ukraynadakı hədəfləri dəyişməyib. Rusiya qışdan əvvəl böyük bir raket ehtiyatı yaratdı”.