Naxçıvana avtobusla gedənlərdən PCR testi tələb olunmayacaqbackend

Naxçıvana avtobusla gedənlərdən PCR testi tələb olunmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən COVID-19-a dair PCR test tələb edilməyəcək.

İnterpress.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin müvafiq qərarında bildirilib.

Qərara əsasən, aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmayacaq.