Naxçıvanda keçiriləcək festival istilərə görə təxirə salınıbbackend

Naxçıvanda keçiriləcək festival istilərə görə təxirə salınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvanda keçiriləcək “Aqro festival” istilər səbəbindən təxirə salınıb.

Bu barədə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, festival 8-9 sentyabr tarixlərində baş tutacaq.

Bildirilib ki, məqsəd həm festival iştirakçılarının rahatlığını təmin etmək, həm də sərgilənəcək məhsulların keyfiyyətini qorumaqdır.

Qeyd edək ki, festivalın avqustun 25-26-da keçiriləcəyi nəzərdə tutulmuşdu.

Xatırladaq ki, son günlər Azərbaycanda havanın temperaturu artıb və bununla bağlı əhaliyə xəbərdarlıq edilib.