Nazir: “Valideynlərdə koronavirus aşkarlansa da, övladlarını məktəbə göndərirlər”backend

Nazir: “Valideynlərdə koronavirus aşkarlansa da, övladlarını məktəbə göndərirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda 5-14 yaşında 1,5 milyon şagird var. Ümumilikdə 19-20 nəfərdə virusun aşkar edilməsi kiçik faizdir”.

İnterpress.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bəzi hallarda valideynlərdə koronavirus aşkar edilsə də, onlar övladlarını məktəbə göndərirlər:

“Bu, sonradan sinifin 14 günlük bağlanmasına səbəb olur. Bunu etməmək olar, məsuliyyətli olmaq, qaydalara əməl etmək lazımdır. Pandemiya ilə əlaqədar dörd-səkkiz həftədən sonra nə olacağı barədə məlumatlar vermək mümkün deyil.

Ona görə iki həftədən sonra məktəb olmayacağı barədə fikirlər əsaslı olmalıdır, çünki təşviş yaradır və vəziyyəti mürəkkəbləşdirməyə ehtiyac yoxdur”.

Nazir qeyd edib ki, bu gün hansısa təhdid olmayan yerdəki məktəblərdə şagirdlər oxumalıdır və müəllimlər dərsə gəlməlidir.

 

İnterpress.az