Şırnakda qartal vəhşi qaban balasını caynaqları ilə havaya qaldırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Şırnak vilayətinin Uludere rayonunun Şenoba kəndində qeyri-adi təbiət hadisəsi baş verib. Çobanlıq edən yerli sakin meşəlik ərazidə qəfil yüksək sürətlə göydən yerə dalan nəhəng qartalın vəhşi qaban balasına hücum etdiyinin şahidi olub.
Qartal cəmi bir neçə saniyə ərzində kollar arasında gəzən balanı güclü caynaqları ilə tutaraq havaya qaldırıb.
Qoyunlarını otaran çoban bu heyrətamiz anları dərhal mobil telefonunun kamerası ilə lentə alıb. Hadisə sənədli film səhnələrini xatırladıb.
Xuraman Etibarlı
İnterpress.az






