Nərimanov rayonunda  “Whitestone residence” tərəfindən ağac “soyqırımı” –  VİDEObackend

Nərimanov rayonunda “Whitestone residence” tərəfindən ağac “soyqırımı” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Nərimanov rayonunda yerləşən Təhsil nazirliyinin qarşısında ağaclar kəsilir.

İnterpress.az  xəbər verir ki, ərazidə mövcud olan onlarla ağac  tamamilə məhv edilib, ətrafdakı bir çox ağacların isə qol-budağı kəsilərək lüt hala salınıb.

Nazirliyə yaxın ərazidə yaşayan sakinlər deyir ki, ərazidə yeni  tikilən yaşayış binasının həyətyanı sahəsini genişləndirmək üçün  ağaclar sakitcə aradan götürülüb.

Xatırladaq ki, daha əvvəl də mətbuatda “Whitestone residence” şirkətinin ağacları kəsməsi ilə bağlı yazılar dərc edilib.

Mövzunu davam etdirəcəyik