Netanyahu dron hücumu riski səbəbindən oğlunun toyunu təxirə salmağı planlaşdırır.
İnterpress.az xəbər verir ki, bu barədə İsrailin Kan 11 telekanalı bildirib.
İsrailin baş naziri Netanyahu kiçik oğlu Avnerin noyabrın sonuna planlaşdırılan toyunu gec tarixə keçirmək istəyir.
Bildirilir ki, bu, təhlükəsizlik təhdidləri, o cümlədən pilotsuz təyyarələrin hücumu riski ilə bağlıdır.
Toy əvvəlcə noyabrın 26-da Təl-Əvivin şimalındakı bir bağçada keçirilməli idi. Lakin Netanyahu indi qonaqları hədsiz riskə məruz qoymamaq üçün bayramın təxirə salınmasını müdafiə edib.
Telekanalın məlumatına görə, Netanyahunun ən böyük narahatlığı pilotsuz təyyarələrin hücumu təhlükəsidir.
Xuraman Etibarlı
İnterpress.az