Netanyahu və Qallant Kanadaya gəlsə, həbs olunacaqlar.
İnterpress.az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo bildirib. O təsdiq edib ki, Benyamin Netanyahu və Yoav Qallant BCM-nin verdiyi həbs orderləri əsasında Kanadaya daxil olarsa, həbs olunacaqlar.
“Biz Beynəlxalq Cinayət Məhkəməsinin təsisçilərindən biriyik, beynəlxalq hüququn tərəfdarıyıq və beynəlxalq məhkəmələrin bütün qaydalarına və qərarlarına əməl edəcəyik”, – Trüdo deyib.
Xuraman Etibarlı
İnterpress.az