Niderlandda Su Qıtlığı Milli İdarəsi yaradıldıbackend

Niderlandda Su Qıtlığı Milli İdarəsi yaradıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderlandda hökumət ölkədə su qıtlığının olduğunu etiraf edib və su istehlakına nəzarət etmək üçün Su Qıtlığı Milli İdarəsinin ​​yaradıldığını açıqlayıb.

Açıqlamada ölkədə quraq keçən iyun və iyul aylarından sonra istifadəyə yararlı su ehtiyatlarının miqdarında ciddi azalma olduğu bildirilib.

Həmçinin, yay aylarında istifadəyə yararlı təmiz suya çıxışın təmin edilməsi üçün yeni tədbirlərin görüləcəyi vəd olunub.

Açıqlamada su qıtlığından ən çox kənd təsərrüfatı və dəniz nəqliyyatının təsirlənəcəyi qeyd edilib.

Bununla yanaşı, əhaliyə daha ehtiyatlı istifadə etmələri barədə xəbərdarlıq edilib.

Mənbə: TRT