Niger üç ölkənin səfirləri ilə bağlı qərarı dəyişibbackend

Niger üç ölkənin səfirləri ilə bağlı qərarı dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niger Xarici İşlər Nazirliyi Almaniya, ABŞ və Nigeriya səfirlərinə ölkəni tərk etmələri üçün 48 saat vaxt verilməsi ilə bağlı qərarı dəyişib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Dəyişikliyə əsasən, yalnız Fransanın Niameydəki səfiri Syvlain Itte-yə ölkəni tərk etmək üçün 48 saat vaxt verilib.

Qeyd edək ki, Itte ilə yanaşı, dünən Almaniyanın Niamey səfiri Oliver Schnakenberg, ABŞ-ın Niamey səfiri Kathleen FitzGibbon və Nigeriyanın Niamey səfiri Mohamed Usmana ölkəni tərk etmək üçün 48 saat vaxt verildiyini göstərən Niger Xarici İşlər Nazirliyinə aid sənədlər də yayılıb.