Nigeriyada 12 qeyri-qanuni neft emalı zavodu hərbçilər tərəfindən məhv edilibbackend

Nigeriyada 12 qeyri-qanuni neft emalı zavodu hərbçilər tərəfindən məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Afrika qitəsinin neft və qazla zəngin ölkəsi Nigeriyanın cənubunda xam neftin qeyri-qanuni emalı üçün istifadə edilən 12 obyekt dağıdılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ordu sözçüsü Onyema Nvaçukvu verdiyi açıqlamada ölkənin cənubundakı neft bölgəsində “Delta Safe” əməliyyatının davam etdiyini bildirib.

Əməliyyatda 12 qeyri-qanuni neft emalı zavodunun aşkar edildiyi barədə məlumatı paylaşan Nvaçukvu 60 xam neft sobası, 14 neft anbarı, oğurlanmış xam neftlə yüklənmiş 6 taxta qayığın ələ keçirildiyini bildirib.

Nigeriyada yüzlərlə qeyri-qanuni neft emalı zavodu fəaliyyət göstərir Nigeriyanın müəyyən edilmiş neft ehtiyatları təqribən 37 milyard barreldir ki, bu da dünya ehtiyatlarının 3,1 faizini təşkil edir. Xam neft hasilatında dünyanın ilk 15 ölkəsi arasında yer alan Nigeriya dünyada ən çox neft ehtiyatına malik 8-ci, neft ixracatında isə 6-cı ölkədir.

Neft yataqlarının yerləşdiyi Delta bölgəsində silahlı qrupların neft mədənlərində təxribat törətməsi, qarşıdurma, adam oğurluğu kimi hadisələr baş verir.