Nigeriyada 14 il ərzində 23 mindən çox insan itkin düşüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Amnesty International (AI) və Allamin Foundation Nigeriya direktoru İsa Sanusi Boko Haram terror təşkilatının ölkənin şimal-şərq bölgəsində artan hücumları nəticəsində minlərlə insanın itkin düşdüyünü bildirib.
Bölgədə 14 ildə baş verən terror hadisələri səbəbilə 23 mindən çox itkin düşmə faktının aşkar edildiyini bildirən Sanusi hökumətin bu itmələrə qarşı səssiz qaldığını söyləyib.
Sanusi hökumətin bu hadisələr qarşısında susması ilə bağlı kampaniyalarını daha da gücləndirəcəklərini qeyd edib.
Nigeriyada 2000-ci illərin əvvəllərindən bəri mövcud olan Boko Haramın həyata keçirdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib.
Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.