Nigeriyada 2,3 milyon uşağa poliomielit peyvəndi vurulubbackend

Nigeriyada 2,3 milyon uşağa poliomielit peyvəndi vurulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbi Afrika ölkələrindən biri olan Nigeriyanın Anambra əyalətində poliomielit xəstəliyinə qarşı başladılan kampaniyada 2,3 milyon körpə və uşaq peyvənd edilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Anambra əyalətinin səhiyyə komissarı Afam Obidike verdiyi açıqlamada əyalətdə poliomielit xəstəliyinə qarşı peyvənd kampaniyasına başlanıldığını bildirib.

Peyvənd kampaniyasında 1,5 milyon körpə və 0-5 yaş arası uşağın hədəf alındığını bildirən Obidike indiyə qədər əyalət üzrə 2,3 milyon körpə və uşağın hədəflənmiş sayının aşıldığını qeyd edib.

Obidike, ştatda peyvənd kampaniyasının davam etdiyini bildirdi və valideynlər və baxıcıları virusa qarşı immunitetlərini gücləndirmək üçün uşaqlarını peyvənd etdirməyə çağırıb.

Afrikada uşaq iflici Burundi, Nigeriya, Qambiya, Uqanda, Benin, Burkina Faso, Kamerun, Efiopiya, Mali, Niger, Çad və Sudanda da aşkarlanıb.

Qida, su və təmas yolu ilə keçən poliomielit virusuna qarşı tədbir görülməsə, bu, tənəffüs yollarında problemlərə, uşaqların ömürlük iflic olmasına və ölümə səbəb ola bilər.