Nigeriyada bina çöküb: 2 nəfər ölüb, 37 nəfər yaralanıbbackend

Nigeriyada bina çöküb: 2 nəfər ölüb, 37 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyanın paytaxtı Abucada iki mərtəbəli binanın uçması nəticəsində 2 nəfər ölüb, 37 nəfər yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Nigeriya Milli Fövqəladə Halların İdarə Olunması Agentliyinin (NEMA) sözçüsü Nkeçi İsa paytaxt Abucada 2 mərtəbəli binanın çökdüyünü bildirib.

Dağıntılar altında qalan 2 nəfərin cəsədlərinə çatıldığını qeyd edən İsa 37 nəfərin yaralı olaraq dağıntılar altından çıxarıldığını bildirib.

Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu bildirən İsa ölənlərin sayının artması ilə bağlı narahatlığını dilə gətirib.

Binanın çökməsinin səbəblərinin araşdırıldığını qeyd edən İsa hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Bu arada dağıntılar altında neçə nəfərin qaldığı məlum deyil.