Ordunun son iki həftədə Nigeriyanın şimal-şərqində keçirdiyi əməliyyatlarda terror təşkilatı Boko Haramın 151 üzvü zərərsizləşdirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları Direktoru Edvard Buba həftəlik mətbuat konfransında bildirib ki, ordu son iki həftə ərzində ölkənin şimal-şərqində Adamava, Borno və Yobe əyalətlərində Boko Harama qarşı əməliyyatlar keçirib.
Buba əməliyyatlarda 151 terrorçunun öldürüldüyünü, onlarla terrorçunun isə yaralanaraq xilas olduğunu qeyd edib.
Əməliyyatlar zamanı 456 terrorçunun ələ keçirildiyini və terrorçulara məxsus xeyli miqdarda sursatın ələ keçirildiyini bildirən Buba, terrorçular tərəfindən girov götürülən 38 nəfərin xilas edildiyini açıqlayıb.
2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan Boko Haramın 2009-cu ildən bəri həyata keçirdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib.
Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.