Nigerin Zamare kəndində sərnişinləri daşıyan qayıq həddindən artıq yüklənmə səbəbindən çayda batıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İlkin məlumata görə, hadisə nəticəsində 6 nəfər həyatını itirib, bir çoxu isə itkin düşüb.
Qayıqda neçə nəfərin olduğu hələ məlum olmasa da, səlahiyyətlilər axtarışların digər sərnişinlərin tapılmasının davam etdiyini bildirib.
Ölənlərin sayının artacağından ehtiyatlanır.
Nigeriyada yağışlı mövsümdə çaylarda qayıq qəzaları baş verir.