Nigeriyanın 16-cı prezidenti Tinubu and içibbackend

Nigeriyanın 16-cı prezidenti Tinubu and içib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyada fevral ayında keçirilən prezident seçkilərində qalib gələn Bola Əhməd Tinubu and içib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Paytaxt Abucadakı Qartal Meydanında keçirilən and mərasiminə çoxlu Afrika liderləri, yüksək səviyyəli rəsmilər, xarici missiya nümayəndələri və çoxlu sayda insan qatılıb.

Hakim Bütün Proqressivlər Konqresinin (APC) namizədi olaraq fevralın 25-26-da keçirilən seçkilərdə 37 faiz səslə qalib gələn 71 yaşlı Tinubu ölkənin 16-cı prezidenti kimi and içərək səlahiyyətlərinin icrasına başlayıb.