Nikol Paşinyan və Mixail Mişustin arasında telefon danışığı olub.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı həmkarı, Rusiya Hökumətinin sədri Mixail Mişustin ilə telefon danışığı aparıb.
Söhbətdən sonra Paşinyan iki ölkə arasındakı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi və ikitərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlərin müzakirəsinin davam etdirilməsi barədə razılığa gəldiklərini bəyan edib.
Hökumət rəhbərləri Rusiya və Ermənistan arasında ticarət-iqtisadi əlaqələrin mövcud vəziyyətini yüksək qiymətləndiriblər.
Söhbət zamanı tərəflər həmçinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində inteqrasiya proseslərini, birgə investisiya layihələrini və nəqliyyat-loqistika sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Nikol Paşinyan İrəvanın Moskva ilə bütün sahələrdə konstruktiv dialoqun davam etdirilməsinə sadiq olduğunu vurğulayıb.
Rusiya hökumətinin mətbuat xidməti də tərəflərin qarşılıqlı maraq doğuran məsələlər üzrə intensiv təmasları davam etdirəcəklərini təsdiqləyib.
Xuraman Etibarlı
İnterpress.az






