10 illik SİRR AÇILDI: Qızının yeni doğulmuş körpəsini zirzəmiyə atan nənə YAXALANDI – FOTO/VİDEObackend

10 illik SİRR AÇILDI: Qızının yeni doğulmuş körpəsini zirzəmiyə atan nənə YAXALANDI – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kalininqradda tükürpədici cinayətin üstü açılıb – 10 il əvvəl nəvəsini boğub zibilliyə atan nənə ifşa olunub.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiyanın Kalininqrad vilayətində hüquq-mühafizə orqanları 10 il əvvəl törədilmiş amansız qətl hadisəsinin üstünü açıblar. 47 yaşlı yerli qadın öz yetkinlik yaşına çatmayan qızının yeni doğulmuş körpəsini boğaraq qətlə yetirməkdə ittiham olunur.

Müstəntiqlərin rəyinə görə, 10 il əvvəl həmin vaxt yetkinlik yaşına çatmayan qızına ev şəraitində doğuş zamanı kömək edən ana uşağı saxlamaq istəməyib. O, körpəni boğaraq öldürüb, cəsədini torbaya bükərək yaşadıqları binanın zirzəmisinə atıb.

Hadisədən dərhal sonra keçirilən ilkin ekspertizalar uşağın valideynlərinin kimliyini müəyyən edə bilməyib və cinayət işi uzun illər üstü açılmadan qalıb.

Yalnız 2025-ci ildə Rusiya İstintaq Komitəsi tərəfindən aparılan təkrar yoxlamalar və DNT analizləri sayəsində uşağın bioloji atasının kimliyi müəyyənləşdirilib.

Həmin vaxt həbsxanada cəza çəkən kişinin genotipi bazadakı nümunələrlə uyğun gəlib. İstintaq tədbirləri çərçivəsində müəyyən edilib ki, uşağın anası və nənəsi vaxtilə yeni doğulmuş körpənin meyiti tapılan həmin binada yaşayıblar.

Hazırda 47 yaşlı qadın saxlanılıb, o, öz təqsirini qəti şəkildə inkar edir. Faktla bağlı başlanmış “azyaşlının qəsdən öldürülməsi” maddəsi ilə cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az