“Y.M.C.A.” mahnısının ulduzu yubileyinə bir gün qalmış VƏFAT ETDİ – VİDEObackend

“Y.M.C.A.” mahnısının ulduzu yubileyinə bir gün qalmış VƏFAT ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Y.M.C.A.” hitinin ifaçısı, “Village People” qrupunun solisti Viktor Uillis 74 yaşında vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məşhur “Y.M.C.A.” hitinin ifaçısı, əfsanəvi “Village People” disko qrupunun aparıcı solisti və yaradıcılarından biri olan Viktor Uillis 74 yaşında dünyasını dəyişib.

Sənətçinin ölüm xəbərini qrup üzvləri və bəstəkarın həyat yoldaşı Karen Haff-Uillis sosial şəbəkə hesablarında paylaşıblar.

Bildirilib ki, sənətçi qısa, lakin olduqca ağır keçən xəstəlikdən sonra iyunun 30-da vəfat edib. Maraqlıdır ki, o, iyulun 1-də qeyd edəcəyi 75 illik yubileyinə cəmi bir gün qalmış həyatla vidalaşıb.

Xuraman Etibarlı

İnterpress.az