Rusiyada QORXUNC ÖLÜM: Yedək trosu qoparaq fəhlənin başını QOPARDI – VİDEO(18+)backend

Rusiyada QORXUNC ÖLÜM: Yedək trosu qoparaq fəhlənin başını QOPARDI – VİDEO(18+)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yakutiyada avtosisternin yedəyə alınması zamanı qopan polad tros fəhlənin başını bədənindən ayırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Yakutiya (Saxa) Respublikasında sənaye sahəsində tükürpədici və amansız ölüm hadisəsi qeydə alınıb. Ağırtonnajlı avtosisternin digər nəqliyyat vasitəsi ilə dartılması zamanı qəfildən qopan polad tros yaxınlıqda dayanan yerli fəhlənin başını kəsərək bədənindən ayırıb.

İlkin araşdırmalara görə, bədbəxt hadisəyə fəhlənin texniki təhlükəsizlik qaydalarını kobud şəkildə pozması səbəb olub.

Məlum olub ki, fəhlə hadisə zamanı iş yerində müəyyən edilmiş xüsusi qoruyucu geyim və kaskadan istifadə etməyib. Bundan əlavə, o, təhlükəsiz məsafədə dayanmaq əvəzinə, yedək zamanı gərilən polad trosun birbaşa təhlükəli gərilmə xətti üzərində dayanıb.

Sürətli dartılma zamanı təzyiqə dözməyən tros qırılaraq böyük qüvvə ilə onun boğaz nahiyəsinə çırpılıb və fəhlə hadisə yerindəcə faciəvi şəkildə can verib.

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və Rusiya İstintaq Komitəsinin müstəntiqləri cəlb olunublar. Faktla bağlı “əmək mühafizəsi və texniki təhlükəsizlik qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan adam öldürmə” maddəsi ilə rəsmi cinayət işi başlanıb.

İstintaq çərçivəsində işi təşkil edən müəssisənin rəhbərliyinin məsuliyyəti, həmçinin fəhlələrə təhlükəsizlik təlimatlarının keçirilmə dərəcəsi araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az