Rusiya parlamenti Ukraynanın Belarusa qarşı irəli sürdüyü ultimatumu qiymətləndirib.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiya Federasiya Şurasında (parlamentin yuxarı palatası) Ukrayna Prezidenti Volodimir Zelenskinin Belarusa ünvanlandığı hərbi zərbə təhdidləri olduqca ciddi qəbul edilir.
Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçev rəsmi müsahibəsində Zelenskini “qeyri-adekvat və gözlənilməz hərəkətlər edən bir şəxs” adlandırıb.
Kosaçev vurğulayıb ki, Kiyev rəhbərliyinin bu cür bəyanatları regionda hərbi gərginliyi süni şəkildə artırmaq və mürəkkəb ssenarilər yaratmaq məqsədi daşıyır.
Xatırladaq ki, bir qədər əvvəl Zelenski Belarus sərhədində yerləşən və Ukrayna ərazisinə qarşı atəşi istiqamətləndirən hərbi texnikanın çıxarılması üçün rəsmi Minskə bir həftəlik rəsmi ultimatum vermişdi, əks halda həmin obyektlərin Ukrayna ordusu tərəfindən vurulacağını bəyan etmişdi.
Rusiya rəsmiləri isə öz növbəsində Belarusun müdafiəsini təmin etməyə hər an hazır olduqlarını və müttəfiq dövlətə qarşı hər hansı təcavüzün Rusiya Federasiyasına qarşı hücum kimi qiymətləndiriləcəyini xatırladıblar.
Xuraman Etibarlı
İnterpress.az






