Əyləncə mərkəzində DƏHŞƏT: Uşaqlara içərisində şüşə qırıntıları olan çiyələk YEDİZDİRİLDİbackend

Əyləncə mərkəzində DƏHŞƏT: Uşaqlara içərisində şüşə qırıntıları olan çiyələk YEDİZDİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva ətrafında əyləncə mərkəzində uşaqlara içərisində şüşə qırıntıları olan çiyələk verilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Moskva vilayətinin Puşkino şəhərində yerləşən əyləncə mərkəzlərinin birində uşaqların sağlamlığını təhlükəyə atan ciddi səhlənkarlıq baş verib. Sifariş edilən giləmeyvələrin içərisində şüşə qırıntılarının olması səbəbindən iki azyaşlı uşaq təcili olaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə nəticəsində 3 və 10 yaşlarında olan iki bacı zərər çəkib və dərhal klinikaya çatdırılıb.

Həmçinin həmin çiyələklərdən yeyən 8-14 yaşlarında olan daha beş uşaq hazırda həkimlərin ciddi nəzarəti altındadır.

Hadisənin təfərrüatlarına görə, çiyələyi əyləncə mərkəzinə uşaqların valideynləri özləri gətiriblər və işçilərdən onu boşqaba yığıb masaya qoymalarını xahiş ediblər. Lakin işçilərdən biri mətbəxdə ehtiyatsızlıqdan şüşə qabı sındırıb və şüşə qırıntıları çiyələklərin olduğu qabın içinə tökülüb.

Valideynlərdən biri ümumi boşqabdan çiyələk götürərkən onun içərisində parıldayan şüşə qırıntılarını aşkar edib və dərhal həyəcan təbili çalıb.

Əyləncə mərkəzinin sahibi isə öz növbəsində iddia edib ki, uşaqlar dərhal həkimlər tərəfindən müayinə olunub və onların daxilində hər hansı yad cisim aşkar edilməyib.

Faktla bağlı polis və prokurorluq tərəfindən rəsmi araşdırmalara başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az