Nikola Sarkozinin elektron qolbağı taxmağına ehtiyac qalmayacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
2007-2012-ci illərdə Fransa prezidenti olmuş Nikola Sarkozi barəsində çıxarılan cəza qərarında dəyişiklik edilib.
Məhkəmə Sarkozinin 2012-ci il seçki kampaniyası zamanı xərclərin həddini aşması işi ilə bağlı cəzanın icrasının yüngülləşdirilməsi barədə vəsatətini təmin edib.
Beləliklə, keçmiş prezident bu iş üzrə müəyyən edilmiş altı aylıq real həbs müddətini ev şəraitində keçirmək üçün taxmalı olduğu elektron qolbaqdan azad edilib.
O, cəzasının qalan hissəsini şərti-vaxtından əvvəl azadlığa buraxılma şərtləri ilə çəkəcək.
Xuraman Etibarlı
İnterpress.az






