Normativə uyğun olmayan TİKİLİLƏR: Dövlətin zərərlə üzləşməməsi üçün nə etməli? – Şərhbackend

Normativə uyğun olmayan TİKİLİLƏR: Dövlətin zərərlə üzləşməməsi üçün nə etməli? – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paytaxtın tam mərkəzində yerləşən 2,3,4 mərtəbəli binaları sökərək yerində çoxmənzilli, hündürmərtəbəli yeni binanın inşa edilməsi qeyri-mümkündür”.

Bakı şəhərinin 2020-2040-cı illəri əhatə edən Baş planına əsasən, paytaxtda 122 minə yaxın yaşayış binası söküləcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hazırladığı Baş planda ərazilərin zonalaşdırılması, yeni mühəndis-kommunikasiya sistemləri, nəqliyyat infrastrukturunun yenilənməsi kimi mühüm dəyişikliklər nəzərdə tutulub.

Mövzu ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev İnterpress.az-a açıqlamasında bildirib ki, bu gün paytaxtda pilot layihələr üzrə sökülən hər beşmərtəbəli binanın yerində 15-20 mərtəbəli yeni çoxmənzilli bina inşa edilir. Lakin paytaxtın mərkəzində və mərkəzə yaxın ərazilərdə çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələri qalmayıb:

“Ona görə də bəzi tikinti şirkətləri köhnə binaları alıb yerində yeni çoxmənzilli bina tikirlər. Köhnə binalar sökülərək əvəzində yenisi inşa edilən zaman isə tikinti normativləri gözlənilmir. Paytaxtda ən yaxşı, ən nümunəvi layihələrdən biri “Ağ şəhər”dir. Orada ərazi dövlət tərəfindən söküldü, insanlar köçürüldü, təmizlik işləri aparıldı və tikinti şirkətlərinə yalnız müəyyən olunmuş layihə üzrə tikinti işi aparılması üçün verildi. Burada təxminən 10-12 mərtəbəli yaşayış binaları tikilib. Tikinti müddətində binalararası məsafələr, normativlər tamamilə qorunub. Hazırda tikilən çoxmənzilli binalarda və həyət evlərində də normativlər mütləq şəkildə gözlənilməlidir ki, gələcəkdə Baş plan tam hazır olanda dövlət milyardlarla manat həcmində zərərə düşməsin”.