Ukraynanın işğalından sonra ölkələr yenidən nüvə silahlanmalarını sürətləndiriblər.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2023-cü il hesabatına əsasən, potensial olaraq işlək nüvə silahlarının sayı keçən illə müqayisədə 86 ədəd artıb.
Dünyada 12 min 512 nüvə başlığının olduğu hesablanarkən, onlardan 9 min 576-sı istifadəyə hazır sayılır. Bu, ötən illə müqayisədə 86 ədəd çoxdur. Tayvanın mümkün işğalı ilə gündəmə gələn Çin artıma ən böyük töhfəni verib. Çin bir il ərzində ehtiyatlarına 60 yeni nüvə silahı əlavə edib. Rusiya tutumunu 12, Pakistan 5, Şimali Koreya 5 və Hindistan 4 silah artırdı. Beləliklə, soyuq müharibədən sonra nüvə silahlanmasında azalma tendensiyası sona çatıb.
SIPRI direktoru Dan Smith dünyada nüvə silahlarının sayının müntəzəm olaraq azaldığı uzun bir dövrün sona çatdığını ifadə edib.
O deyib ki, bəşəriyyət tarixinin ən təhlükəli dövrlərindən birinə sürüklənirik.
2021-ci ildə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü olan ABŞ, Rusiya, Çin, İngiltərə və Fransa bəyan etdilər ki, “nüvə müharibəsi qalib gələ bilməz və heç vaxt qalib gəlməməlidir.
Rusiya və ABŞ dünyadakı bütün nüvə silahlarının demək olar ki, 90 faizinə malikdir.