İran İsraili məsuliyyətə cəlb etmək üçün BMT-yə MÜRACİƏT EDİRbackend

İran İsraili məsuliyyətə cəlb etmək üçün BMT-yə MÜRACİƏT EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İsraili məsuliyyətə cəlb etmək üçün BMT-yə müraciət etməyə başlayır.

İnterpress.az xəbər verir ki, bu barədə İran hökumətinin nümayəndəsi Mohacerani bildirib.

“İran BMT üçün 12 günlük müharibə zamanı İsrailin “müharibə cinayətləri”nə dair sübutlar toplayır.

Bu məqsədlə İslam Respublikasının vitse-prezidenti yanında hüquq məsələləri üzrə xüsusi komitə yaradılmışdır”, – Mohacerani deyib.

Onun sözlərinə görə, artıq BMT-nin baş katibi Quterreş və müvafiq departamentlərlə məktub mübadiləsi aparılıb.

“Bu mövzu ilə bağlı BMT Təhlükəsizlik Şurası səviyyəsində üç görüş keçirilib”, – o qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az