Həştərxan vilayətinin İkryaninski rayonunun su anbarlarından birində təbiət fotoqrafı təxminən 9 metr dərinlikdə üç metrlik mamont dişləri tapıb.
İnterpress.az xəbər verir ki, bu barədə su anbarından məlumat verilib.
Qurumdan verilən məlumata görə, tapıntı artıq yerli muzey-qoruğa təhvil verilib.
Qalıqlar yaxşı qorunub saxlanılıb ki, bu da region üçün çox nadir haldır.
“Dişlər və bud sümüyü mükəmməl şəkildə qorunub saxlanılıb, çünki onlar palçığın çox dərinliyində, oksigenə çıxışı olmadan basdırılıb”, – muzeyin paleontoloqu Qolovaçev bildirib.
Tapıntıların yaşı, ilkin hesablamalara görə, 115 min ilə 127 min il arasında dəyişir.
Xuraman Etibarlı
İnterpress.az