Alen Simonyan Rusiya telekanallarının Ermənistanda yayımının dayandırılmasının mümkünlüyünü açıqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Ermənistan parlamentinin spikeri Ermənistanda baş verənlərlə bağlı Rusiya telekanallarında səslənən fikirləri şərh edib.
“Hesab edirəm ki, biz çox ciddi şəkildə Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılması məsələsini müzakirə etməyə başlamalıyıq. Bu, Ermənistan-Rusiya münasibətlərinə xələl gətirir.
Əgər dövlət telekanalları Ermənistanın daxili işlərinə qarışmağa imkan verirlərsə, o zaman biz də reaksiya verməliyik və ən azı, onların cəmiyyətimizin evlərinə girişini bağlamalıyıq”, – Simonyan bildirib.
Qeyd edək ki, 2 il əvvəl Ermənistan hakimiyyəti Rusiya telekanallarının bu ölkədə yayımının dayandırılmasını artıq müzakirə etmişdi.
Daha sonra Rusiya tərəfi bu müzakirələrə cavab verərək bildirdi ki, bu, Ermənistanın hazırkı hakimiyyətinin əsas prinsipinə və şüarına ziddir.
Xuraman Etibarlı
İnterpress.az