Ötən ildən qohum evliliyi ilə bağlı qadağa qüvvəyə minənədək qeydə alınan nikahların sayı açıqlanıbbackend

Ötən ildən qohum evliliyi ilə bağlı qadağa qüvvəyə minənədək qeydə alınan nikahların sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Xatıraladaq ki, 2024-cü il iyulun 23-də Prezident İlham Əliyev Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun evliliyi qadağan edilib.

Qadağa 2025-ci il iyulun 1-dən qüvvəyə minib.