Nyu Yorkda ilk: Səsgücləndiricilərlə məscidlərdən azan səsi verildibackend

Nyu Yorkda ilk: Səsgücləndiricilərlə məscidlərdən azan səsi verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Nyu-York şəhərində cümə namazı üçün oxunan azan səsgücləndirici ilə çölə proyeksiya edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Azan ilk dəfə Manhetten bölgəsinin ən böyük məscidlərindən biri olan Nyu York İslam Mədəniyyəti Mərkəzində (ICCNY) açıq şəkildə oxunub. ABŞ-da cümə gününə gələn bəzi müsəlmanlar o anı dinləyirdilər.

Nyu-York meri Erik Adams avqustun 29-da keçirdiyi mətbuat konfransında cümə günü və Ramazan ayında şəhərdəki məscidlərdə çöldə azan verilə biləcəyini açıqlayıb.

Müxtəlif məscid dərnəkləri və müsəlman fondlarının nümayəndələrinin iştirak etdiyi toplantıda Adams iştirakçılara deyib ki, hər kəs Nyu Yorkda inancını həyata keçirməkdə azaddır.

O, İslamın xristianlıq, yəhudilik və digər inanclar kimi Nyu-York mədəniyyətinin mühüm elementlərindən biri olduğunu, məscidlərin cinayət və qeyri-qanuni mühacirlərlə mübarizədə böyük yardımçı olduğunu ifadə edib.

Belə ki, qərara uyğun olaraq, Nyu Yorkda azan cümə günləri çöldə, 12.20-13.30 arasında, Ramazan aylarında isə “məqbul səviyyədə” verilə bilər.