Moskvada dizayner vəhçicəsinə qətlə yetirilib, hadisə anı videoya düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə “Rusiya İstintaq Komitəsi” məlumat yayıb.
Moskvanın qərb hissəsində yerləşən elit yaşayış kompleksinin satış ofisində dəhşətli cinayət hadisəsi baş verib.
Mixail S. adlı şəxs özü ilə arbalet, beysbol çubuğu və iki bıçaq götürərək ofisə daxil olub və 36 yaşlı dizayner Viktoriya adlı qadına hücum edib.
Cinayətkar əvvəlcə qadının əl və ayaqlarına dəyənəklə zərbələr endirib, daha sonra isə bıçaqla azı beş zərbə vurub.
Hadisənin kadrları cinayətin nə qədər qəddarlıqla törədildiyini təsdiqləyir.
Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Xuraman Etibarlı
İnterpress.az






