Oğurladığı bank kartının sahibinin mağazasında alış-veriş edərkən saxlanıldıbackend

Oğurladığı bank kartının sahibinin mağazasında alış-veriş edərkən saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçikada oğurladığı bank kartının sahibinin mağazasında alış-veriş edərkən saxlanılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Belçikanın Lyej şəhərində dükan sahibi alış-veriş etmək istədiyi debet kartının ona məxsus olduğunu anlayıb və oğrunu yaxalayıb.

Dükan sahibi oğurluğun fərqinə varmayıb, lakin ertəsi gün şübhəli pulqabısından çıxan debet kartı ilə mağazaya girib və alış-veriş etmək istəyib.

Kassirdə olan mağaza sahibi kartın ona məxsus olduğunu və oğurlandığını biləndə şübhəli şəxsə heç nə demədən polisə xəbər verib.

Bunun üzərinə şübhəli qısa müddətdə yaxalanıb.

Həftə sonu saxlanılan şübhəli Lyej prokurorluğuna sövq edilib.