“Öləndə it dəftərində adınız olmayacaq” – Şou əhlini təhqir etdibackend

“Öləndə it dəftərində adınız olmayacaq” – Şou əhlini təhqir etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şou-biznesin bəzi əhli, sizə ayıb olsun. Bir şahid ailəsi sizə mesaj yazıb ki, əl işini paylaşıb dəstək olasınız”.

Bu sözləri Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkədə paylaşdığı videoda deyib. O bildirib ki, şəhid ailəsindən olan Aynur adlı xanım ona saç düzümü edib və sənət adamlarından yardım istəyib. Amma heç kim ona yardım etməyib.

Aktrisa şou-biznes nümayəndələrinə səslənərək, onları təhqir edib:

“Bizim hamımızın şəhidlərə borcu var. Ona heç cavab verməyi özünüzə rəva görməmisiniz. Siz kimsiniz? Heç kimsiniz. Nə sənətkar kimi sənətkar, nə də adamsınız. Ölüb gedəndə heç it dəftərində adınız olmayacaq. O şəhidlər isə daim xalqın qəlbində yaşayacaq”.