On minlərlə fransız karantin rejiminin sərtləşdirilməsinə etiraz edib backend

On minlərlə fransız karantin rejiminin sərtləşdirilməsinə etiraz edib 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın paytaxtı Parisdə və ölkənin digər böyük şəhərlərində on minlərlə insan hökumətin koronavirus məhdudiyyətlərini sərtləşdirməsinə etiraz olaraq küçələrə çıxıb.

REN TV xəbər verir ki, etirazçılar “azadlıq”, “bərabərlik” kimi şüarlar səsləndirib, prezident Emmanuel Makronun üstündən xətt çəkilmiş fotolarını nümayiş etdiriblər.

Nümayişçilərin çoxunun karantin tədbirlərinə riayət etməyib, tibbi maska taxmaqdan imtina edib.

Qeyd edək ki, Fransa rəsmiləri rəsmən ölkə pandemiyanın dördüncü dalğasının başlanğıcını elan edib.