OpenAI, Microsoft, Nvidia, Google və Amazon ABŞ ordusunun XİDMƏTİNDƏbackend

OpenAI, Microsoft, Nvidia, Google və Amazon ABŞ ordusunun XİDMƏTİNDƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

OpenAI, Microsoft, Nvidia, Google və Amazon ABŞ hərbi sənayesinin bir parçasına çevrilir.

İnterpress.az xəbər verir ki, bu barədə “Pentaqon” məlumat yayıb.

ABŞ Müdafiə Nazirliyi bir sıra texnologiya nəhəngləri ilə əməkdaşlıq müqaviləsi bağlandığını elan edib. OpenAI, Microsoft, Nvidia, Google və Amazon kimi şirkətlərin ABŞ ordusunun transformasiyası prosesində mühüm rol oynayacağı gözlənilir.

Sazişin əsasını Süni İntellekt texnologiyaları təşkil edir. Pentaqon neyron şəbəkələrini döyüş meydanında qərarvermə prosesinə inteqrasiya etməyi və kəşfiyyat məqsədləri üçün istifadə etməyi planlaşdırır. Müdafiə nazirliyi gələcəkdə süni intellektin ABŞ silahlı qüvvələrinin əsas daşıyıcılarından birinə çevriləcəyini bəyan edib.

Sazişin dəqiq məbləği açıqlanmasa da, mənbələr onun Pentaqonun 2027-ci il üçün nəzərdə tutulmuş rekord büdcəsinə daxil olduğunu bildirirlər. ABŞ Müdafiə Nazirliyi 2027-ci il üçün 1,5 trilyon dollar (təxminən 2,55 trilyon manat) vəsait tələb edib ki, bu da cari illə müqayisədə təxminən iki dəfə çoxdur.

Bu vəsait hava hücumundan müdafiə sistemlərindən tutmuş nüvə triadasına qədər bütün hərbi sistemlərin modernləşdirilməsinə sərf olunacaq. Xüsusilə süni intellektlə təchiz edilmiş Pilotsuz Uçuş Aparatlarına 75 milyard dollar (təxminən 127,5 milyard manat) vəsait ayrılması nəzərdə tutulur.

Beləliklə, texnoloji nəhənglərin ordu ilə bağladıqları sazişdən azı 10 rəqəmli rəqəmlərlə ifadə olunan gəlir əldə edəcəyi proqnozlaşdırılır.

Xuraman Etibarlı

İnterpress.az