Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏbackend

Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 47 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19-dan vəfat edən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 335 568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 710 nəfər müalicə olunaraq sağalıb, 4 963 nəfər vəfat edib, aktiv xəstə sayı 895 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 247, ötən müddət ərzində isə ümumilikdə 3 690 224 test aparılıb.

 

BÜNYAMİN ÇİNGİZOĞLU

İNTERPRESS.AZ