Ordubadın yeni icra başçısı kimdir? – DOSYEbackend

Ordubadın yeni icra başçısı kimdir? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Rəcəb Rəhimlinin dosyesini təqdim edir:

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəhimli Rəcəb Zakir oğlu bu təyinatdan əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müdiri vəzifəsində çalışıb.

O, 1973- cü ildə Ordubad rayonunun Dırnıs kəndində doğulub.

Bakalavr (1995-1999) və magistr təhsilini (2000-2002) dövlət xətti ilə Türkiyə Respublikasının Ankara şəhərindəki Qazi Universitetinin “İqtisadiyyat və İdarəetmə Elmləri” fakültəsində dövlət idarəçiliyi ixtisası üzrə başa vurub. 2003-2008-ci illər arasında Ankara Universiteti Siyasət Elmləri fakültəsində “Siyasət elmi və dövlət idarəçiliyi” ixtisası üzrə doktorantura pilləsində dövlət hesabına təhsil alıb. “Azərbaycanda dövlət qulluqçuları: hüquqları, vəzifələri və nəzarət” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək “Siyasət elmi və dövlət idarəçiliyi” ixtisası üzrə alimlik dərəcəsi alıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komsisiyasının 12 yanvar 2011-ci il tarixli qərarı ilə “Siyasi institutlar, etnosiyasi konfliktologiya, milli və siyasi proseslər” ixtisası üzrə dosent elmi adı verilib. Xaricdə və respublikamızda nəşr olunmuş 85 elmi məqalənin, 4 monoqrafiyanın və 5 kitabın müəllifidir. Müxtəlif ölkələrdə (Fransa, İspaniya, Macarıstan, Avstriya, Türkiyə, Ukrayna, Rusiya Federasiyası, Qazaxıstan, Özbəkistan, Qırğizistan və s. ) keçirilən elmi seminar, beynəlxalq konfrans və simpoziumlarda iştirak edib.