Ordumuz Xocalıya girməlidir… backend

Ordumuz Xocalıya girməlidir… 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Qarabağdakı əlisilahlı erməni separatçıları əvvəlcə Ağdama doğru ona görə atəş açdılar ki, bizə “yenidənqurma işlərinizə mane olacağıq” demək istədilər. İndi isə xarici ölkə səfirlərinin Şuşaya səfərinə pulemyot və avtomatlardan atəş açmaqla “cavab” verdilər.

Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, erməni separatçılarının sağa-sola atəş açmaları Qarabağdakı Rusiya hərbçilərini narahat etmir, özləri şərait yaradırlar və Moskva Bakının izahat tələblərini qulaqardına vurur:

“Burası aydındır. Biz isə bu vəziyyətdə aşağıdakıları etməliyik:

1) Azərbaycan hərbçiləri ilkin mərhələdə Şuşanın kəndlərinə və Xocalıya daxil olmalıdır;

2) Qarabağdakı erməni separatçıları tərk-silah edilməlidir;

3) Qarabağın tamamı Azərbaycan Konstitusiyasına və qanunlarına tabe olmalıdır;

4) Laçın dəhlizi başda olmaqla, Ermənistanla sərhəd tam nəzarət altına alınmalıdır”.